Mayın 19-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçərəfli görüşü olacaq

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mayın 17-də keçirdiyi brifinqdə bildirib.
Görüşdə Bakı və İrəvan arasında normallaşma prosesi ilə bağlı məsələlər müzakirə olunacaq.
Onun sözlərinə görə, Moskva müzakirələrin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə töhfə verəcəyinə ümid edir.
KARUSEL / GÜNDƏM
Tarix: 17-05-2023, 18:07