mobil versiya

Bu ölkələr arasında diplomatik əlaqələr qurulub



Cənubi Koreya və Kuba arasında diplomatik əlaqələr qurulub.

Bu barədə Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyi açıqlama yayıb.

“Hər iki dövlət arasında rəsmi əlaqələrin qurulması qərarı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn məqsəd və prinsiplərinə və 1961-ci il 18 aprel tarixli diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının müəyyən etdiyi ruh və qaydalara uyğun olaraq qəbul edilib", - deyə Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyinin məsələyə dair açıqlamasında qeyd olunub. Tərəflər qarşılıqlı olaraq Seulda və Havanada səfirliklərin açılmasına da qərar verib.

KARUSEL / DÜNYA
Tarix: 15-02-2024, 09:19