Paraqvay prezidenti Tayvanın BMT sisteminə qoşulmasını dəstəkləyir
Paraqvay Tayvanın BMT sisteminə qoşulmasını dəstəkləyir.
Reuters xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin prezidenti Santyaqo Pena BMT Baş Assambleyasında (UNGA) çıxışı zamanı deyib.
BMT-nin 1971-ci il qətnaməsinə görə, Tayvan Çin Xalq Respublikasını Çinin BMT-dəki qanuni nümayəndəsi kimi tanıyan beynəlxalq qurumdan xaric edilib.
Pena deyib ki, Paraqvay hökuməti Çin Respublikasının - Tayvanın Birləşmiş Millətlər Təşkilatı sisteminin ayrılmaz hissəsi olmasını dəstəklədiyini bildirir. Paraqvay Çinin öz ərazisi olduğunu iddia etdiyi Tayvanla rəsmi əlaqələri olan sonuncu Cənubi Amerika ölkəsidir.
KARUSEL / DÜNYA
Tarix: 20-09-2023, 15:26