mobil versiya

Taliban qızlara dövlət tibb institutlarına daxil olmağa icazə verib



Bildirildiyinə görə, Taliban Əfqanıstanda orta məktəbi bitirən qızlara mart ayında başlayacaq yeni tədris ili üçün dövlət tibb institutlarına daxil olmağa icazə verib.

Talibanın idarə etdiyi rəsmi Bəxtar xəbər agentliyi xəbər verir  ki, Kabildəki İctimai Səhiyyə Nazirliyinin göstərişinə əsasən Əfqanıstanın ondan çox əyalətində qeydiyyat prosesi başlayıb. Əlavə məlumat verilməyib.

Əfqanıstan de-fakto rəsmilərindən nazirliyin bildirilən direktivi ilə bağlı hələ şərh verilməyib. Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra qızların altıncı sinifdən sonra təhsil almasına qadağa qoyub və qadınların dövlət və özəl sektorda işləməsini yasaqlayıb.


KARUSEL / DÜNYA
Tarix: 22-02-2024, 10:19