mobil versiya

"Taliban" indi də Kabildə və Əfqanıstanın digər əyalətlərində qadın gözəllik salonlarını qadağan edir



"Taliban" Kabil və digər əyalətlərdə qadın gözəllik salonlarını qadağan edərək Əfqanıstanda qadınların azadlığını daha da məhdudlaşdırıb.
"TOLO News" xəbər verir ki,   2021-ci ildə "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanda qadınlar həyatlarının ən pis mərhələlərindən birini yaşayır. Mühafizəkar qüvvələr qadınlara zülm etməkdə davam edir, onların azadlığını pozur. "Taliban" indi yeni şifahi fərmanla Kabildə və ölkənin digər əyalətlərində qadın gözəllik salonlarını qadağan edib.
Nazirlik həmçinin Kabil bələdiyyəsinə "Taliban" liderinin yeni fərmanını qüvvəyə mindirməyi və qadın gözəllik salonlarının lisenziyalarını ləğv etməyi tapşırıb.
"Taliban" hakimiyyətə gəldikdən bəri qızların və qadınların məktəblərə, universitetlərə getməsini, QHT-lərdə işləməsini, həmçinin parklar, kinoteatrlar və digər istirahət yerləri kimi ictimai yerlərə getməsini qadağan edib. Aprelin əvvəlində "Taliban" Herat vilayətində ailələrin və qadınların bağları və ya yaşıllıqları olan restoranlara daxil olmasını qadağan etmişdi. Əfqan rəsmilərinin sözlərinə görə, bu addım cinslərin qarışması və ya qadınların hicab geyinməməsi səbəbindən atılıb.
"Taliban"ın əfqan qız və qadınlarına məhdudiyyətlər qoyması həm milli, həm də beynəlxalq səviyyədə reaksiyalara səbəb olub.
KARUSEL / DÜNYA
Tarix: 5-07-2023, 11:18