mobil versiya

Qazaxıstan və Azərbaycan ekologiya və təbii ehtiyatlar sahəsində əməkdaşlığı inkişaf etdirirlər




Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevlə görüş keçirib.
Bu barədə Qazaxıstanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Tərəflər “yaşıl” diplomatiyanın inkişaf perspektivlərini müzakirə ediblər, qlobal və regional ekoloji gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Alim Bayel 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək COP-29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransına Azərbaycanın cari ildə sədrlik etməsi münasibətilə Muxtar Babayevi təbrik edib.

Öz növbəsində, M. Babayev COP-29-un miqyasa və iştirakçıların sayına görə Azərbaycanda bu günə qədər keçirilən ən iri tədbirlərdən birinin olacağını qeyd edərək, tədbirə hazırlıq prosesi haqqında danışıb.

Bundan başqa, ikitərəfli görüş zamanı tərəflər regionda iqlim dialoquna dəstək verilməsinə istiqamətlənən Qazaxıstanın bir sıra təşəbbüsləri müzakirə ediblər. Tərəflər həmçinin müxtəlif heyvan növlərinin introduksiyası və reintroduksiyası sahəsində əməkdaşlığın qurulması barədə razılığa gəliblər.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-02-2024, 18:05