AZPROMO ilə "Alibaba Group" arasında anlaşma memorandumu imzalanıb
Bakıda Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə "Alibaba Group" arasında anlaşma memorandumu imzalanıb.
Sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və "Alibaba" Qlobal Strateji Tərəfdaşlığın rəhbəri Tim Sonq imzalayıblar.
AZPROMO ilə “Alibaba Group” arasında imzalanmış anlaşma memorandumu "Made in Azerbaijan" brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışını təmin edəcək.
Bu gün, həmçinin "NB Holding" ilə "Alibaba Group" arasında da anlaşma memorandumu imzalanıb. Memorandumu "NB Holding"in təsisçisi Ruslan Eyyubov və "Alibaba Group"un Qlobal Strateji Tərəfdaşlığın rəhbəri Tim Sonq imzalayıblar.
Qeyd edək ki, imzalanma bu gün "Azərbaycanda icra olunacaq layihəyə dair KOB subyektlərinin iştirakı ilə keçirilən seminar" çərçivəsində baş tutub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-02-2024, 17:09