Yanvar ayında 30 minə yaxın daşınmaz əmlak dövlət qeydiyyatına alınıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 29 825 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, bu göstəricinin 4664-ü (15,6 faiz) ilkin, 25 161-i (84,4 faiz) isə təkrar qeydiyyatın payına düşür.
2024-ilin yanvar ayı ərzində fərdi yaşayış və bağ evi üzərində 4065, mənzil üzərində 6477, torpaq sahəsi üzərində 18 447, qeyri-yaşayış binası üzərində 247, qeyri-yaşayış sahəsi üzərində 547, əmlak kompleksi üzərində 40, çoxmərtəbəli yaşayış binası üzərində isə 2 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan daşınmaz əmlakların 7338-i Bakının, qalanı isə bölgələrin payına düşür.
Bu ilin ilk ayı ərzində 21 min 567 texniki pasport tərtib edilib. Yanvar ayında 5823 ipoteka müqaviləsi qeydiyyata alınıb.
KARUSEL / İQTİSADİYYAT

Tarix: 28-02-2024, 10:41