mobil versiya

Boliviyanın paytaxtında fövqəladə vəziyyət elan olunub



La-Pas hakimiyyəti daşqınlara səbəb olan güclü yağışlar səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edib.
Bu barədə Boliviyanın de-fakto paytaxtının rəhbəri İvan Ariasın imzaladığı fərmanda deyilir.
Şəhərdə qırmızı təhlükə səviyyəsi elan edilib və təşkilati bölmələrə müvafiq tədbirlər görülməsi tapşırılıb. Boliviya prezidenti Luis Arse vəziyyəti meri ilə telefonla müzakirə etdiyini bildirib.
“Milli hökumət texniki və logistik resursları səfərbər edərək dərhal müdaxilə edəcək. Ordu zərər çəkmiş rayonlara ağır texnika və 3 minə yaxın hərbçi göndərməyə hazırlaşır”.
Ötən həftənin sonunda La-Pasda güclü yağışlar səbəbindən bir neçə çay öz məcrasından çıxıb. Daşqın səbəbindən şəhərin bəzi əraziləri təcrid olunub.

KARUSEL / DÜNYA
Tarix: 11-03-2024, 09:14