mobil versiya

Nazirlər İSTEFAYA hazırlaşır - Maaşları azdır



Ukraynalı nazirlər maaşlarının artırılmasını istəyir.

Bu barədə nazir Dmitri Dubilet məlumat verib:

"Nazirlərin əksəriyyəti özəl sektorda işləyib. Başa düşürlər ki, özəl sektorda qazanc hazırkı ilə müqayisədə 10-20 dəfə çoxdur. Onlar üçün ailələrini saxlamaq çətindir".

Qeyd edək ki, Dubilet "Monobank" mobil bankın təsisçisidir.

Daha əvvəl Ədliyyə naziri Denis Malyuska məmur maaşının az olmasından şikayətlənərək bildirmişdi ki, əvvəlki iş yerindən aldığı əmək haqqını istifadə edir və vəziyyət dəyişməzsə, istefa verəcək.

KARUSEL / DÜNYA
Tarix: 15-12-2019, 15:40