mobil versiya

ŞAD XƏBƏR – Bu şəxslərin maaşı artır


Baş nazir Novruz Məmmədov Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə qərar imzalayıb.

Reportyor.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin saytında məlumat verilib.

Verilən məlumata görə, Nazirlər Kabineti XDMX hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiqləyib.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
KARUSEL / İQTİSADİYYAT / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 10-09-2019, 10:20