“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən “Çovdar” qızıl yatağının yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bölgənin yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın təmin edilməsinə töhfə verilməsi məqsədilə təşkil edilən aksiyada Səhmdar Cəmiyyətin 50 nəfər əməkdaşı iştirak edib. 1 hektar ərazidə yerli şəraitə uyğun 1000 ədəd cökə ağacı əkilərək, aqrotexniki qaydada qulluq göstərilib. Həmçinin tədbir çərçivəsində ərazidə müvafiq abadlıq işləri aparılıb.
“Çovdar” qızıl yatağının ətrafında növbəti ağacəkmə aksiyası keçirilib


Səhmdar Cəmiyyət tərəfindən cari il də bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-03-2024, 17:14