mobil versiya

Tayvanda baş verən zəlzələdə bri neçə bina dağılıb


Tayvan adasında şərq sahillərində baş verən 7,3 bal gücündə zəlzələ baş verib.

TVBS kanalının məlumatına görə, zəlzələ yerli vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında qeydə alınıb. Hualien şəhərində bir neçə bina dağılıb. Güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, 97 nəfər yaralanıb.
Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib. Dənizdə dalğanın hündürlüyünün 3 metrə çatacağı proqnozlaşdırılıb. Əhaliyə sığınacaqlarda yerləşmə tövsiyə olunub.


KARUSEL / DÜNYA
Tarix: 3-04-2024, 09:03