mobil versiya

Deni Sassu-Nqesso: Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq


Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq.
Bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Bu səfərin Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmağa imkan verdiyini bildirən Deni Sassu-Nqesso Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıqlarını söyləyib.
“Həmçinin, biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək”, - deyə o əlavə edib.


KARUSEL / SİYASƏT
Tarix: 4-04-2024, 15:57