mobil versiya

Bakıda zibil qutusundan "Makarov" tapıldı



Bakıda küçədən silah tapılıb.

REPORTYOR.AZ Trend-ə istinadən xəbər verir ki, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əliyev Valid Həvasət oğlu Ş.Əzizbəyov küçəsi 22 ünvanındakı zibil yeşiyindən kağıza bükülü silah aşkar edib.

Hüquq mühafizə orqanları əməkdaşlarını apardığı araşdırma zamanı müəyyən edilib ki, tapılan silah 1973-cü ilin istehsalı olan "Makarov" markalı tapançadır və üzərindəki sandıqçada 3 ədəd patron var.

Faktla bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 21-12-2019, 11:15