mobil versiya

Şolts Çinə üçgünlük səfərə gedəcək



Almaniya Kansleri Olaf Şolts aprelin 13-də Çinə üçgünlük səfərə gedəcək.
Bu barədə xarici media Almaniya hökumətindəki mənbəyə istinadla məlumatlar yayıb. Bildirilir ki, Kansler Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər rəsmilərlə görüşərək, tərəfləri maraqlandıran məsələlərə, o cümlədən iqtisadi-ticari əməkdaşlığa, Rusiya-Ukrayna müharibəsinə, Cənubi Çin dənizindəki vəziyyətə dair fikir mübadiləsi aparacaq.
Bu, Kansler Olaf Şoltsun 2002-ci ilin noyabrından sonra Çinə ilk səfəridir.
Qeyd edək ki, ÇXR Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. Ekspertlərin fikrincə, Berlin Rusiyadan təbii qaz və digər enerjidaşıyıcları asılılığından nəticə çıxararaq, Çindən iqtisadi asılılığı azaltmaq istəyir. Qarşıdakı səfər həm də Avropa İttifaqının Çin elektrik avtomobillərinin idxalını məhdudlaşdırmaq niyyətinin yaratdığı gərginlik fonunda baş verir. Son vaxtlar ABŞ və Avropa İttifaqının rəsmiləri ÇXR-dən idxal olunan elektromobillərə əlavə tariflər tətbiq edilməsi barədə tez-tez bəyanatlar səsləndirirlər. Artıq Birləşmiş Ştatlar yerli elektromobillər üçün vergi güzəştlərinin tətbiqinə başlayıb ki, ekspertlər bunun ABŞ istehsalı olan “yaşıl avtomobillər”ə Çin avtomobilləri ilə rəqabətdə üstünlük yaradacağını düşünür. ABŞ-ın bu addımının ədalətli rəqabəti pozduğunu iddia edən rəsmi Pekin artıq Dünya Ticarət Təşkilatına şikayət də edib.(azərtac)

KARUSEL / DÜNYA
Tarix: 9-04-2024, 13:42