mobil versiya

Yanvar-fevral aylarında Azərbaycanda 17 mindən çox körpə doğulub



Yanvar-fevral aylarında Azərbaycanda 17 min 81 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 11,7-dən 10,2-yə düşüb.
Dövlət Statistika Komitəsi bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,5, qız uşaqlarının xüsusi çəkisi isə 47,5 faiz təşkil edib. Körpələrin 594-ü əkiz, 36-sı isə üçəm doğulanlardır.
İlin ilk iki ayında ölkədə 10 min 395 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 6,8-dən 6,2-yə enib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 15-04-2024, 14:23