mobil versiya

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb



“Biz bu ilin yanvar ayından başlayaraq Şuşa şəhərinin yollar şəbəkəsinin bərpasına başlamışıq. Bu işlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 2024-2025-ci illəri əhatə edir. Bu mərhələdə 22 km uzunluğunda yollar bərpa olunacaq”.
Bu barədə Qarabağda dayanıqlı inkişaf mövzusunda paneldə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
“2026-cı ilin sonunda isə bu rəqəm 35 kilometr olacaq. Belə layihələr bizim işğaldan azad olunmuş digər bölgələrimizdə də həyata keçirilir. Bu regionlarda velosiped yolları da olacaq”, - deyə A.Kərimov vurğulayıb.
A.Kərimov bu günədək Şuşada 196 abidə bərpa olunduğunu da əlavə edib.

KARUSEL / ÖLKƏ
Tarix: 24-04-2024, 13:22