SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasından 102 il keçir
Bu gün SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 102 ili tamam olur.
Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakıda anadan olub. O, Azərbaycan Bəstəkarlar İttifaqında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışıb, Azərbaycanın Mədəniyyət naziri olub. “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və s. mahnıların bəstəkarıdır. O, 15-ə qədər filmə musiqi, 7 operetta yazıb. Axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. R.Hacıyev xoreoqrafik miniatür – “Ləzgihəngi” və “Yallı”nı bəstələyib. Rauf Hacıyev Əlcəzairdə, oranın Mədəniyyət Nazirliyinin sifarişi ilə Milli Musiqi Teatrı üçün ilk baleti (Üç inqilab) yazıb.
Görkəmli bəstəkar 1995-ci ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-05-2024, 10:54