mobil versiya

Minifutbol üzrə dünya çempionatının vaxtı dəqiqləşib



Azərbaycada təşkil olunacaq minifutbol üzrə dünya çempionatının vaxtı müəyyənləşib.
Mundial 2025-ci il mayın 21-dən iyunun 1-nə kimi davam edəcək.
Dünya çempionatının oyunları Milli Gimnastika Arenasında keçiriləcək. Turnirin təqvimi yaxın gələcəkdə bəlli olacaq.
Qeyd edək ki, Bakı minifutbol üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi edəcək.

KARUSEL / İDMAN
Tarix: 23-05-2024, 09:02