"Güləş insanları bir araya gətirən vasitələrdən biridir" - Vanessa Zenci
"Azərbaycanda bu proqramın həyata keçirilməsi güləşin inkişafına töhfə verəcək".
Bu sözləri ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Vanessa Zenci Milli Paralimpiya Komitəsində təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, son iki ildə həm amerikalı, həm də azərbaycanlı güləşçilərin iştirakı ilə bir sıra layihələr reallaşıb: “Güləş insanları bir araya gətirən vasitələrdən biridir. Sevindirici hal odur ki, idman diplomatları qadın güləşçilərin sayının artmasına və inkişafına dəstək verir".
Qeyd edək ki, ABŞ-ın qadın güləşi üzrə 14 mütəxəssisi Azərbaycanda səfərdədir. Mayın 25-dək davam edəcək səfər çərçivəsində qonaqlar “Qız kimi güləş” şüarı altında ölkəmizin müxtəlif idman zallarında olacaq, ustad dərsi keçməklə yanaşı, yerli məşqçilərlə fikir mübadiləsi aparacaqlar.
KARUSEL / İDMAN

Tarix: 23-05-2024, 17:28