mobil versiya

Google Hindistanda "Pixel" telefonları və dronları istehsal edəcək



Texnologiya nəhəngi Google şirkəti tezliklə Pixel smartfonları və dronlarını Hindistanda istehsal edəcəyini bildirib.

BBC xəbər verir ki, Google telefonları cənubda Tamil Nadu əyalətində mövcud Foxconn müəssisəsində istehsal etməyə hazırlaşır.

Şirkət həmçinin əyalətdə dron istehsal edəcək.

Mənbələr BBC-yə bildiriblər ki, Alphabet-in Google şirkəti Tamil Nadu müəssisəsində Pixel smartfonlarının qabaqcıl versiyalarını hazırlayacaq və istehsal bu təqvim ilində başlayacaq.

Mənbə bildirib ki, bu məqsədlə Google və Foxconn müqavilə imzalayıb.

Foxconn-un Tamil Naduda iki obyekti var.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-05-2024, 13:09