mobil versiya

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi dayandırılıb



Moskva və Kiyev arasında əsir mübadiləsi Ukraynanın uydurma tələbləri səbəbindən dayandırılıb.
Bunu Rusiyanın ombudsmanı Tatyana Moskalkova bildirib.
“Təəssüf ki, bir neçə aydır mütəmadi olarq yeni tələblər irəli sürən Ukraynaya görə mübadilələr dayandırılıb”, – o deyib.
Sonuncu əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə 100-100 formuluna əsasən fevralın 8-də baş tutub.

KARUSEL / DÜNYA
Tarix: 29-05-2024, 15:45