mobil versiya

İsraillə HƏMAS arasında girov mübadiləsi baş tutmayıb



Bu gün İsraildə keçirilməsi planlaşdırılan girovların mübadiləsi ən azı bir gün gecikdiriləcək.
Bu barədə İsrailin milli təhlükəsizlik müşaviri Tsaxi Haneqbi bildirib.
Onun sözlərinə görə, buna səbəb HƏMAS-ın girovlar haqqında bütün lazımi məlumatları verməməsidir.
Prosedur tərəflər arasında ilkin razılaşmaya əsasən gerçəkləşəcək, lakin cümə günündən tez başlamayacaq.
Razılaşmaya əsasən, yaraqlılar oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürülən 50 qadın və uşağı azad etməlidir.
Bunun müqabilində 150 fələstinli İsrail həbsxanalarından azad ediləcək.

KARUSEL / DÜNYA
Tarix: 23-11-2023, 12:07