Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək
11-13 iyun 2024-cü il tarixlərində Bakıda Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək. Tədbir “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən təşkil olunacaq.
Ekoloji davamlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarların verilməsi, bilik mübadiləsi və məhsuldar dialoqların aparılması məqsədilə hava hərəkətinə nəzarət sənayesinin dünya liderlərinin diqqətini cəlb etmək üçün nəzərdə tutulub. Tədbirdə 100-dən çox ölkədən 350-yə yaxın mülki aviasiya rəhbərlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, 2005-ci ildən CANSO-nun üzvü olan AZANS MDB və regionun bir çox digər ölkələrindən ilk aeronaviqasiya xidmətləri təminatçısıdır ki, CANSO tərəfindən Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və 28-ci İllik Ümumi İclasa ev sahibliyi etmək üçün seçilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 30-05-2024, 11:11