AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək
AFFA-nın İcraiyyə Komitəsinin bu gün növbəti iclası keçiriləcək.
Toplantı qurumun inzibati binasında təşkil olunacaq.
AFFA bir sıra vacib məsələləri müzakirə edəcək. İclasda bəzi qərarlar da qəbul olunacaq.
1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ” İK-ya müvafiq yardımın ayrılması
6. Digər məsələlər.
Toplantı saat 10:00-da başlayacaq.
KARUSEL / İDMAN
Tarix: 3-06-2024, 09:46