mobil versiya

Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb



Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb.
TASS xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin parlament palatalarının spikerləri ilə görüşündə deyib.
“Qazaxıstan müasir Əfqanıstanla ticari-iqtisadi əməkdaşlığın inkişafının vacibliyini və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək, talibləri terrorçu təşkilatlar siyahısından çıxarıb”, - o bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.(report)

KARUSEL / DÜNYA
Tarix: 3-06-2024, 13:33