mobil versiya

AZAL Bakıdan Küveytə uçuşları bərpa edir



“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 15-dən Bakıdan Küveytə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.
Bu barədə AZAL məlumat yayıb.
"Küveytə uçuşlarımızı bərpa edirik! Küveytin mədəniyyəti, tarixi və gözəl mənzərələri sizi gözləyir. Biletinizi bron edin və bu gözəl şəhəri bizimlə kəşf edin. Uçuşlarımızda sizləri görmək ümidi ilə! İyunun 15-dən etibarən hər çərşənbə və şənbə günləri reyslərimizə qoşulun".

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-06-2024, 13:57