mobil versiya

Ötən ay 4839,3 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib



Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.
ANAMA-dan bildirilib ki, may ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 251, tank əleyhinə 141 mina və 1068 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən ay ərzində 4839,3 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib.

KARUSEL / ÖLKƏ
Tarix: 3-06-2024, 15:11