mobil versiya

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya düşüb, 2 pilot ölüb



Türkiyənin Kayseri bölgəsində SF-260D tipli hərbi təlim təyyarəsi qəzaya düşüb.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik 2 pilotun şəhid olduğunu açıqlayıb.
Xəbərdə deyilir ki, Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya düşüb.

KARUSEL / DÜNYA
Tarix: 4-06-2024, 12:01