Gəncə şəhərində nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Gəncə şəhəri, Heydər Əliyev prospekti 3B ünvanında fəaliyyət göstərən “Şah dönər”, Nəriman Nərimanov prospekti, bina 33 ünvanında fəaliyyət göstərən “Mustafa dönər” və “Sultan dönər” ictimai iaşə müəssisələrində yoxlamalar keçirilib.
Yoxlamalar zamanı dönərxanalarda qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, dönər ətlərinin emalı üçün xüsusi sahənin ayrılmadığı, temperatur rejiminə əməl olunmadığı, işçilər üçün ayrıca əl yuma çanaqlarının təşkil edilmədiyi, işçi heyətin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərlikləri barəsində inzibati qaydada tədbir görülüb, dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 4-06-2024, 16:49