mobil versiya

Energetika naziri: “Məqsədimiz enerji təhlükəsizliyini təmin etməkdir”


Azərbaycanın məqsədi 30 il əvvəl olduğu kimi enerji təhlükəsizliyini təmin etməkdir.
Bunu energetika naziri Pərviz Şahbazov bu gün işə başlamış Bakı Enerji Forumunun I günündə bildirib.
“COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün beynəlxalq tərəfdaşlarla birlikdə addımlar atılacaq”, - deyə o əlavə edib.
Nazir qeyd edib ki, Azərbaycan bərpa olunan elektrik enerjisi mənbələrinin inkişafı və “yaşıl enerji”nin Avropaya ixracı üçün dəhlizlərin yaradılması üzərində işləyir: “Bu mənada Qara dəniz enerji kabeli layihəsini qeyd etmək istərdim. Bu layihənin həyata keçirilməsi üçün Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya müvafiq saziş imzalayıb. Bolqarıstan da bu layihəyə maraq göstərir. Bu ilin sonuna qədər bu layihənin texniki-iqtisadi əsaslandırılmasının nəticələri məlum olacaq”.
P.Şahbazov əlavə edib ki, Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində də işlər aparılır: “Bundan başqa, Mərkəzi Asiya regionundan Azərbaycan vasitəsilə Avropaya “yaşıl enerji”nin tədarükünün təşkili üzrə işlər aparılır. Bu, Azərbaycanın Avropaya tranzit ölkə və enerji resurslarının tədarükçüsü kimi mövqeyini gücləndirəcək”.(report)


KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-06-2024, 11:07