mobil versiya

Bu gün şair Mikayıl Müşfiqin anadan olmasının 116 ili tamam olur




Bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 116 ili tamam olur
Mikayıl İsmayılzadə (Müşfiq) 1908-ci il iyunun 5-də Bakıda anadan olub. Şairin ilk mətbu əsəri “Bu gün” şeiri, “Duyğu yarpaqları” isə son şeiridir. Onun zəngin ədəbi irsinə lirik növün əksər janrları daxildir. “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” və s. kitablarının müəllifidir. Mikayıl Müşfiq A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
Mikayıl Müşfiq 1938-ci ildə vəfat edib.
Görkəmli şairin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbələrə, məktəblərə, küçələrə adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-06-2024, 11:11