mobil versiya

İlk pianoçu xanımı Xədicə Qayıbovanın anadan olmasının 131 ili tamam olur



Bu gün Azərbaycanın ilk pianoçu xanımı Xədicə Qayıbovanın anadan olmasının 131 ili tamam olur.
Xədicə Qayıbova 1893-cü il mayın 24-də Tbilisidə anadan olub. O, fortepiano sinfində xüsusi kursu qızılı haşiyəli diplomla bitirib. Ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında Nəzəriyyə və bəstəkarlıq ixtisası üzrə dərs alıb. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru, həmçinin azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılıb. Azərbaycanın ilk pianoçu xanımı Xədicə Qayıbova 1938-ci ildə vəfat edib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 24-05-2024, 12:41