mobil versiya

Gələn həftə məktəblərdə yoxlamalar aparılacaq



Gələn həftənin əvvəlindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşı məktəblərdə yoxlamalar aparacaq.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, prosesdə şagirdlərin dərsə davamiyyəti, onların təhlükəsizliyi mövzularında bəzi tapşırıqların icrası yoxlanılacaq: “Şagirdlərin davamiyyəti daim nəzarətdə saxlanılır. Bu proses məktəbin direktoru və direktor müavininin məsuliyyətidir və onların əmək funksiyalarına daxildir. Ötən gün də məktəblərdə dərsliklərin vaxtından əvvəl toplanmağa başlaması ilə bağlı fikirlər səsləndirildi. Biz bununla bağlı tapşırıqlar vermişik, nəzarəti gücləndirmişik.
Yoxlamalar zamanı son zəng ilə bağlı hazırlıq işlərinə də nəzarət ediləcək. Nəticələr ictimaiyyətə açıqlanacaq”.(azərtac)

KARUSEL / İDMAN
Tarix: 6-06-2024, 14:57