mobil versiya

Xarici dildə təhsil almaq istəyən uşaqların birincə sinfə qəbulu üçün məktəb seçimi başlayır



Ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi 12 iyun, saat 11:00-da başlayacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, tədris digər dildə aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarında təhsil alan və müsahibədə uğur qazanan uşaqlar isə sistem tərəfindən avtomatik olaraq I sinfə yerləşdiriləcək.

KARUSEL / CƏMİYYƏT
Tarix: 11-06-2024, 13:21