mobil versiya

“Bürünc Əli” 50 yaşında nokautla çempion olub



Azərbaycan boksçusu Əli İsmayılov 50 yaşında rinqə çıxıb.
Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı peşəkar döyüşdə qüvvəsini sınayıb.
O, “Dustum Boxing” promouter şirkətinin Moskvada keçirilən boks gecəsində iştirak edib. “Bürünc Əli” kimi tanınan boksçumuz birinci ağır çəkidə MDB ölkələrinin çempionu titulu uğrunda döyüşdə Rasul Maqomedovla üz-üzə gəlib.
Bunadək məğlubiyyət tanımayan rəqibini ikinci raundda nokauta salan İsmayılov çempionluq kəmərinə sahib çıxıb.
Qeyd edək ki, Əli 1999-cu ildə dünya, 2000-ci ildə Avropa üçüncüsü olub.


KARUSEL / İDMAN
Tarix: 12-06-2024, 11:08