Qazaxıstan Səfirliyi Bakıda keçirilən Beynəlxalq Milli Mədəniyyətlər Festivalında ölkəni təmsil edib
Qazaxıstanın Azərbaycandakı Səfirliyi ADA Universitetində təşkil olunan Beynəlxalq Milli Mədəniyyətlər Festivalına qatılıb. Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusunun 39 ölkəsinin nümayəndələri iştirak edib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə açılış mərasimində festivalın artıq 12-ci dəfə keçirildiyini və universitetin multikultural dəyərlərini və beynəlxalq mühitini əks etdirdiyini qeyd edib.
Festival zamanı tədbirin 500-dən çox iştirakçısı təmsil olunan iştirakçı dövlətlərinin mədəniyyəti, milli mətbəxi, tarixi, ənənələri və turizm imkanları ilə tanış olublar.
Qazaxıstan Səfirliyinin stendində qazax mətbəxinin təamları və məişət əşyaları, ölkənin tarixi, özünəməxsus adətləri, dahi şəxsiyyətləri və xadimləri haqqında kitablar təqdim olunub. Tədbirin qonaqları həmçinin Qazaxıstanın görməli yerləri və mənzərəli təbiəti ilə tanış olublar. Qazax stendi həm tədbir iştirakçılarının, həm də Azərbaycan KİV nümayəndələrinin marağına səbəb olub.
Konsert proqramı çərçivəsində dombıra milli musiqi alətində görkəmli qazax bəstəkarı Sеken Turısbekovun “Könil tolkını” küyü ifa olunub, festivalın fonunda isə tanınmış küyçü Borankul Koşmaqanbetovun “Ken jaylau” küyü səsləndirilib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 13-06-2024, 10:12