mobil versiya

Vətəndaşların cəmi 35,6%-i əmək müqaviləsi ilə çalışır



Bu gün Azərbaycanda əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu, o deməkdir ki, vətəndaşların cəmi 35,6%-i əmək müqaviləsi ilə çalışır:
"Eyni zamanda, bu gün iqtisadiyyatda fəal olan, yəni, işləyən vətəndaşların 65%-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 65-i müqavilə olmadan işləyir. Rəsmi statistika onu göstərir ki, əmək bazarında müqavilə baxımından münasibətlərin leqallaşdırılması vacibdir.
Muzdlu işçilərin sayının artması, əmək müqaviləsi ilə vətəndaşların işə cəlb edilməsinə ehtiyac var. Bu da həmin şəxslərin əmək hüquqlarının qorunması baxımından, eləcə də, dövlət büdcəsinə daxilolmaların artması və münasibətlərin leqallaşdırılması baxımından önəmlidir".

KARUSEL / SOSİAL
Tarix: 13-06-2024, 11:33