Yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Xidmət tərəfindən Bakı şəhəri, Yasamal rayonundakı “FS Avto” MMC-yə məxsus “Ayaz” avtoservisində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişləndiyi təqdirdə faciə qaçılmaz olacaq.
Bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkarlanmış Bakı şəhərinin Yasamal rayonundakı “FS Avto” MMC-yə məxsus “Ayaz” avtoservisinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.



KARUSEL / HADİSƏ
Tarix: 13-06-2024, 12:47