mobil versiya

FHN əhalini çimərliklərdə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb



Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Müraciətdə çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq və xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq məsləhət görülmür.
Müraciətdə həmçinin çimərlikdə uşaqların nəzarətsiz qalmaması, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməsi tövsiyə olunur, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya girməyin təhlükəli olduğu vurğulanır.




KARUSEL / CƏMİYYƏT
Tarix: 15-06-2024, 10:56