mobil versiya

FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib




Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən daxil olan müraciətdə bildirilib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah Bakı şəhəri və Abşeron yarımadasında külək əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq FHN küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır.
Həmçinin güclü külək baş verən yanğınların söndürülməsi əməliyyatını çətinləşdirdiyindən küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”.


KARUSEL / ÖLKƏ
Tarix: 10-07-2023, 10:32