mobil versiya

May ayında 3,2 min şəxsə pensiya təyinatı aparılıb



2024-cü ilin may ayı ərzində 3,2 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Dövlət Sosial Müdafiə Fondunun xəbərinə görə, onların 57,1%-ni kişilər, 42,9%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 23,3 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatları aparılıb.
Onların 61%-ni kişilər, 39%-ni isə qadınlar təşkil edib.

KARUSEL / SOSİAL
Tarix: 20-06-2024, 12:03