5,6 mindən çox proaktiv pensiya təyinatı aparılıb
2024-cü ilin yanvar ayı ərzində 5,6 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edilib ki, onların 59,1%-ni kişilər, 40,9%-ni isə qadınlar təşkil edib.
KARUSEL / SOSİAL
Tarix: 28-02-2024, 17:41