mobil versiya

Avropa İttifaqı növbəti anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gəlib



Avropa İttifaqı növbəti anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gəlib.
Bu barədə Aİ-yə sədrlik edən Belçika məlumat yayıb.
“Aİ-nin daimi nümayəndələri 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər”, – hökumətin bəyanatında deyilir.
Sanksiya paketi həm yeni tədbirləri nəzərdə tutur, həm də mümkün boşluqları bağlayaraq əvvəllər müəyyən edilmiş sanksiyaların təsirini gücləndirir.
Daha əvvəl KİV-lər 14-cü anti-Rusiya sanksiyalar paketinə neft tankerlərinin və maye qazın tədarükünə məhdudiyyətlərin daxil ediləcəyini bildirmişdilər. Məlumata görə, yeni sanksiyalar paketinə 20 fiziki və 22 hüquqi şəxs daxil edilib. Layihə sənədində helium ixracına və bəzi ikili istifadə texnologiyalarına çıxışa məhdudiyyətlər də yer alıb.

KARUSEL / DÜNYA
Tarix: 20-06-2024, 17:11