İrana yeni sanksiyalar tətbiq edildi
Avropa İttifaqı (Aİ) İrana qarşı Rusiya və Suriyaya hərbi təchizatın təminatına görə yeni sanksiyaları təsdiqləyib.
Sanksiyalarla bağlı yekun qərar Aİ-nin rəsmi jurnalında dərc olunub.
Qərarda İranın pilotsuz uçuş aparatları istehsal etmək qabiliyyətini artıra biləcək mal və texnologiyaların Aİ mənşəli olub-olmamasından asılı olmayaraq, ölkədə istifadəsi üçün İrandakı hər hansı fiziki və hüquqi şəxsə birbaşa və ya dolayı yolla satılması, tədarükü, ötürülməsi və ya ixracının qadağan edildiyi bildirilir.
Qeyd edək ki, bu, sayca Aİ-nin İrana qarşı üçüncü sanksiyalar mexanizmidir. Birinci sanksiya paketi İranın nüvə və raket proqramlarına qarşı yönəlmişdisə, ikinci sanksiyalar mexanizmi bu ölkədə insan haqlarının pozulması iddiaları ilə bağlı tətbiq olunub.(trend)
KARUSEL / DÜNYA
Tarix: 25-07-2023, 14:27