mobil versiya

Aİ Rusiyaya qarşı sanksiyaları 2024-cü il fevralın 24-dək uzadıb



Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılması qərarını təsdiqləyib.
Aİ Şurasının müvafiq qərarı "Avropa İttifaqının rəsmi jurnalında" dərc edilib.
"Məhdudlaşdırıcı tədbirlər 24 fevral 2024-cü ilə qədər uzadılmalıdır", - deyə qərarda bildirilir. Qeyd edilir ki, qərar "Avropa İttifaqının rəsmi jurnalında" dərc edildiyi gündən bir gün sonra qüvvəyə minir.
Qeyd edilir ki, hazırda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına 1 386 fiziki şəxs və 171 şirkət daxildir.
KARUSEL / DÜNYA
Tarix: 21-02-2023, 09:51