mobil versiya

Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib



Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.
Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sanksiyalar siyahısına 200-ə yaxın hüquqi və fiziki şəxs əlavə olunacaq, lakin yeni sektor sanksiyaları nəzərdə tutulmayıb.
Xatırladaq ki, ötən ilin dekabrında Avropa Parlamentinin çexiyalı deputatı Tomaş Zdexovski Aİ-nin Rusiyaya qarşı 13-cü və 14-cü sanksiyalar paketini hazırlamaqda olduğunu və sanksiyaların tezliklə üzv ölkələrə təqdim olunacağını bildirib.
KARUSEL / DÜNYA
Tarix: 21-02-2024, 16:46