mobil versiya

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb



İyunun 20-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 70 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 52 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.

KARUSEL / HADİSƏ
Tarix: 21-06-2024, 10:06