Çimərlik voleybolu üzrə "Seçim Günü" keçiriləcək
Bakıda ilk dəfə çimərlik voleybolu üzrə "Seçim Günü" keçiriləcək.
Azərbaycan Voleybol Federasiyasının xəbərinə görə, seçimlər çimərlik voleybolu üzrə yeniyetmə və gənc qızlardan ibarət millilərin rəhbəri İqor Olefir və oğlanlardan ibarət yığmalara rəhbərlik edən Joanildo Kosta Junior təfərindən aparılacaq.
Bakı Su İdmanı Sarayında təşkil ediləcək seçimlərdə fərqlənəcək idmançılar yeniyetmə və gənc komandalara cəlb olunacaqlar.
KARUSEL / İDMAN
Tarix: 25-06-2024, 14:26